Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar

Gürcüstanın paytaxtı Tbilisidə "WTT Youth Contender Tbilisi 2026" turnirinə yekun vurulub. Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda uğurla çıxış ediblər. Milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə qonşu ölkəyə yollanan 10 idmançıdan 5-i mükafatçılar sırasında yer alıb. Onur Quluzadə U 19, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev, Gülnur Kərimli və Səidə Quluzadə isə U 11 yaş dərəcəsində bürunc medala layiq görülüb.

WhatsApp Image 2026 09 30 at 17.11.36

Stolüstü tennisçilərin Tbilisi sınağı

Stolüstü tennisçilər Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər. Bu gün qonşu ölkəyə yollanan komandanın heyətində Onur Quluzadə, Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Banu İmanverdizadə, Səidə Qulizadə, Gülnur Kərimli və Alina Miradiyeva yer alıb. Sözügedən idmançılar milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə yarışacaqlar. Sabah start götürəcək beynəlxalq turnirə sentyabrın 30-da yekun vurulacaq.

WhatsApp Image 2026 09 26 at 12.39.29

ASTF-in prezidenti seçilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. 2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev, qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.WhatsApp Image 2026 09 16 at 15.48.30rspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.

Stolüstü tennisçilər Belçikaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Belçikanın açıq çempionatında qüvvələrini sınayacaqlar. Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Xədicə Əbilzadə seçmə komandanın baş məşqçiləri Fərhad İsmayılovla Mixail Timofeyevin rəhbərliyi ilə sözügedən yarışda iştirak edəcək. Pepinster şəhərində təşkil olunacaq çempionat U 21 yaş dərəcəsindəki idmançılar və böyüklər arasında keçiriləcək. Sabah start götürəcək yarışa sentyabrın 20-də yekun vurulacaq.

WhatsApp Image 2026 09 16 at 11.16.11

Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən “Euro Mini Champs” yarışında uğurla çıxış edib. 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa  çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb. Həlledici görüşdə turnirin ötənilki qalibi Kaja Tvorogalla qarşılaşan Mehin Mirzəbalayeva, latviyalı rəqibinə də 3:1 hesabı ilə qalib gələrək, "Euro Mini Champs"ın baş mükafatına layiq görülüb. Qeyd edək ki, bu, stolüstü tennisçilərimizin sözügedən yarışda qazandığı ilk qızıl medaldır. Bundan əvvəl Onur Quluzadə analoji yarışın bürünc mükafatına sahib çıxmışdı.

WhatsApp Image 2026 08 31 at 10.40.08

Mehin Mirzəbalayeva finalda

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən “Euro Mini Champs” yarışında etimadı doğruldub. 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa  çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb. Stolüstü tennisçimiz həlledici görüşdə Latviya idmançısı ilə qarşılaşacaq.

WhatsApp Image 2026 08 30 at 15.45.29

Stolüstü tennisçilər Fransaya yollanıblar

Stolüstü tennisçilər yeni sınaq qarşısındadırlar. 13 yaşadək idmançılardan ibarət komanda  Fransada keçiriləcək mötəbər yarışda ölkəmizi təmsil edəcək. Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə avqustun 28-də Şiltinheym şəhərində start götürəcək "Euro Mini Champs" turnirində bacarığını göstərəcək. Kiçik Avropa çempionatı adlandırılan və sayca 20-ci olan yarışa avqustun 31-də yekun vurulacaq. Qeyd edək ki, tanınmış stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışın bürünc medalını qazanmışdı.

WhatsApp Image 2026 08 27 at 13.14.58

Stolüstü tennisçilər təlim-məşq toplanışında

Yeniyetmə stolüstü tennisçilər qarşıdakı yarışlara hazırlığı davam etdirirlər. Bu məqsədlə Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən növbəti təlim-məşq toplanışı təşkil olunub. Şəki Olimpiya İdman Kompleksində keçirilən toplanışa müxtəlif bölgələrdən 16 istedadlı idmançı qatılıb. Onlar, bu gündən etibarən, məşqçilər Qulu Quliyev, Rza Mirzəyev, Billurə Eminova və Gülnarə İbrahimovanın rəhbərliyi ilə fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar. Hazırlıq prosesinə sentyabrın 1-də yekun vurulacaq.

WhatsApp Image 2026 08 25 at 17.36.47

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası