Stolüstü Tennis Federasiyasında İslam Həmrəyliyi Oyunlarına hazırlıq davam edir
- Nəşr edilib 11.01.2017 16:19
2017-ci ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıqla əlaqədar olaraq Azərbaycan stolüstü tennis yığma komandası baş məşqçi Mixayil Timofeyevin rəhbərliyi altında Çin Xalq Respublikasında təlim-məşq toplanışındadılar. Təlim-məşq toplanışının fevral ayının sonuna qədər davam edəcəyi planlaşdırılır.