17 yanvar 2017-ci ildə Azərbaycan Stolüstü Tennis Federasiyasının Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir
- Nəşr edilib 18.01.2017 16:14
Azərbaycan Stolüstü Tennis Federasiyasının gördüyü işlər və 2017-ci ildə qarşıda duran məqsədlər barədə Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir.
Stolüstü tennisin 2015-2020-ci illər inkişaf planına müvafiq olaraq görülmüş və görüləcək işlər ətraflı müzakirə olunmuşdur.
İclasda Azərbaycan stolüstü tennis tarixində ilk dəfə 2016-cı ilin fevral ayında Fransanın Metz şəhərində keçirilmiş turnirdən yeniyetmə oğlanlarımızın gümüş və iyul ayında Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş gənclərin Avropa çempionatından idmançılarımızın 4 medal ( 1 gümüş və 3 bürünc) ilə qayıtmaları stolüstü tennisin gələcək uğurlarına zəmin kimi qiymətləndirilmişdir.
Bu gün aktual olan Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlığın aparılması barədə müzakirələr aparılmışdır.
https://astf.az/index.php/az/116-17-yanvar-2017-ci-ild-az-rbaycan-stoluestue-tennis-federasiyas-n-n-uemumi-y-g-ncag-n-n-noevb-ti-iclas-kecirilmisdir#sigFreeIde3f7c4ba5f