Stolüstü tennis üzrə “TOP-16” respublika turnirinə start verilmişdir
- Nəşr edilib 26.01.2017 17:34
Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının 2017-ci il təqvim – idman planına əsasən 26-27 yanvar tarixlərində Bakı şəhəri, “Şüa” idman – sağlamlıq kompleksində stolüstü tennis üzrə “TOP-16” respublika turnirinə start verilmişdir. Turnirdə, 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı ən yaxşı 16 oğlan və 16 qız iştirak edir.
Turnir şəxsi xarakter daşıyır, dairəvi sistem üzrə və beynəlxalq stolüstü tennis federasiyasının qaydalarına uyğun keçirilir.
Turnirdə I, II və III yerləri tutan idmançılar Stolüstü Tennis Federasiyası tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.