Stolüstü tennis üzrə “TOP-16” respublika turnirinə yekun vurulub
- Nəşr edilib 27.01.2017 18:26
Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının 2017-ci il təqvim – idman planına əsasən stolüstü tennis üzrə “TOP-16” respublika turniri 27 yanvar tarixində başa çatmışdır. Federasiyanın vitse-prezidenti Fazil Məmmədov öz çıxışında dövlətimizin idmana göstərdiyi böyük diqqət və qayğıdan bəhs etmişdir. Bu qayğnın nəticəsi olaraq müstəqil Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə 2016-cı ildə tennisçilərimizin Avropa çempionatından Vətənə 4 medal ilə qayıtmasını bariz nümunə kimi qeyd etmişdir.
Turnirdə 2016-cı ildə uşaqlar arasında keçirilmiş yarışların nəticəsində qalib gələn 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı 16 oğlan və 16 qız iştirak edib.
Turnir şəxsi kateqoriyada, dairəvi sistem üzrə və Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun keçirilib.
Turnirin qalibləri:
Oğlanlar arasında:
I yer - Becanov Xaliq (Bakı şəhəri 1 saylı RİOEUGİM)
II yer - Əhmədzadə Adil (Bakı Tennis Məktəbi)
III yer - Məmmədbəyov Hacımurad (Şəki UGİM)
III yer - Məhəmmədov Toğrul (Sumqayıt Təhsil)
Qızlar arasında :
I yer - Aslanova Arzu (Sumqayult Təhsil)
II yer – Mərziyyə Nurmətova (Sumqayıt Təhsil)
III yer - Mahmudova Nigar (Şəki UGİM)
III yer - Mahmudova Əzifə (Şabran UGİM)
Turnirdə qaliblərə Stolüstü Tennis Federasiyası tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olundu.
https://astf.az/index.php/az/118-stoluestue-tennis-uezr-top-16-respublika-turnirin-yekun-vurulub#sigFreeId840feb5a05