31 may tarixində Dünya Stolüstü Tennis Federasiyasının İllik Ümumi Yığıncağı keçiriləcəkdir
- Nəşr edilib 30.05.2017 12:06
29 may – 6 iyun tarixlərində Almaniyanın Düsseldorf şəhərində stolüstü tennis üzrə Dünya çempionatı keçirilir.
Çempionat ərəfəsində 30 may tarixində Avropa Stolüstü Tennis Birliyinin konqresi keçiriləcək ki, Azərbaycanı həmin konqresdə Federasiyanın vitse - prezidentləri Fazil Məmmədov və Səbuhi Mehdizadə təmsil edəcəklər. Konqresdə idarə heyyəti yenilikləri, avropa çempionatının komanda tədbirlərinin gələcəyi, milli çempionatların tarixləri, milli liqa tarixləri barədə məlumatlar müzakirə olunacaqdır.
Eyni zamanda 31 may tarixində Dünya Stolüstü Tennis Federasiyasının İllik Ümumi Yığıncağı keçiriləcəkdir. Bu iclasda Qitə Federasiyaların illik hesabatları, 2017-2020-ci illər Beynəlxalq Stolüstü Tennis Federsiyasının yeni Prezident və icraedici orqanın seçkisi keçiriləcəkdir.