Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennis aşağıdakı xüsusiyyətlərinə görə uşaqlar üçün çox faydalıdır

çevikliyin inkişafına, hərəkətlərin uyğunluğuna, tez bir zamanda səmti müəyyən etməyə kömək edir;

həm iri, həm də kiçik hərəkətliliyi yaxşılaşdırır;

əl qabiliyyətinin inkişafına, rəsm çəkmə qabiliyyətinə, habelə gözəl yazı xəttinin formalaşmasına müsbət təsir göstərir;

görmə qabiliyyəti üçün faydalıdır (oyun zamanı gözlər fasiləsiz olaraq idman hərəkətləri edir); məşq prosesi zamanı gözəyarı ölçmə və periferik görmə qabiliyyəti pyaxşılaşır;

stolüstü tennislə mütəmadi məşğul olma ümumi fiziki inkişafa kömək edir, qan dövranını gücləndirir, tənəffüsü dərinləşdirir, ürəyi inkişaf etdirir;

məşq prosesləri zamanı güc artır, sinir proseslərinin mütəhərrikliyi yüksəlir, reaksiya sürəti inkişaf edir, hərəkətlərin uyğunluğu əsaslı şəkildə yaxşılaşır.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası