Stolüstü tennisçimiz "Çexiya Open" çempionatının şəxsi oyunlarında bürünc medal qazandı
- Nəşr edilib 16.02.2018 12:48
2018-ci il 14-18 fevral tarixlərində Çexiyanın Xodonin şəhərində keçirilən Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan "Çexiya Open" çempionatında şəxsi oyunlar artıq başa çatmışdır. 148 oğlan idmançının qatıldığı çempionata tennisçimiz üçüncü yerə sahib olaraq bürünc medal qazandı!
Yarışlar hələ komandalar arasında davam edir.