Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

"5 mart Bədən tərbiyəsi və İdman günü"nə həsr olunmuş Azərbaycan çempionatına start verildi

20 - 23 fevral 2017-ci il tarixlərində Gənclər və İdman nazirliyi və Stolüstü tennis Federasiyasının birgə təşkilatçılığı ilə "5 mart Bədən tərbiyəsi və İdman günü"nə həsr olunmuş Azərbaycan çempionatına start verilmişdir.

Açılış mərasimində Federasiyanın vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan və son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs etdi. Müstəqil Azərbaycan tarixində ötən il stolüstü tennis üzrə gənclər arasında ilk Avropa çempionunun olması və  tennisçimizin 2018-ci il Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına qazandığı lisenziyabu dövlət qayğısının bariz nümunəsi olduğunu bildirmişdir.

Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy,İsmayillı,Samux və digər rayonlarından  120- ə yaxın  idmançı iştirak edir. Yarışlar 4 gün davam edəcəkdir.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası