Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Məşqçilər üçün növbəti Seminar başa çatmışdır

 26-30 noyabr 2018-ci il tarixlərində Azərbaycan Stolüstü Tennis Federasiyası məşqçilər üçün  növbəti Seminar keçirmişdir. 5 gün davam edən seminar milli yığma komandanın məşqçiləri tərəfindən aparılmışdır. Seminar bədən tərbiyəsi təhsili olan mütəxəssisləri  və həvəskarları stolüstü tennis üzrə məşqçiliyə hazırlamaq məqsədini daşıyır.
Seminarın sonunda müdavimlərə Salyan şəhəri Yəhyayev Elnur Hənifə oğlu, Qobustan rayonu Dəmirov Rəşad Haxverdi oğlu, Zaqatala rayonu Orucov Qurban Məsim oğlu və Oğuz rayonu Qəribov Rəşid Nəyyub oğluna  Federasiya tərəfindən həvəskarlarla məşğul olmaq üçün “Səviyyə-1” sertifikatları və stolüstü tennis inventarları təqdim olunmuşdur.

Növbəti ildən hər rübdə bir dəfə məşqçi və həvəskarlar üçün  sözügedən seminarın keçirilməsi nəzərdə tutulub.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası