Stolüstü tennis üzrə “TOP – 8” respublika turnirinə start verilmişdir
- Nəşr edilib 21.12.2018 16:26
Stolüstü tennis federasiyasinin təqvim-idman planına müvafiq olaraq 21 dekabr tarixində “TOP-8” respublika turnirinə start verilmişdir.
Turnirin məqsədi ən güclü və perspektivli idmançıları müəyyən etməkdir.
“TOP–8” respublika turniri ən güclülər arasında keçirilir. Daha öncə keçirilmiş seçim turnirində qalib olan ilk 8-lik “TOP-8” turnirində iştiraka vəsiqə qazanıb.
Turnir Bakı şəhəri, “Şüa” idman sağlamlıq kompleksində saat 10-da başlamışdır.
TOP-8 Turnirin iştirakçıları:
Qadınlar
1. Nəzakət Qarayeva
2. Məryəm İmanova
3. Billurə Eminova
4. Ləman Abdulhəmidova
5. Zemfira Mikayılova
6. Xədicə Əbilzadə
7. Fidan İranpur
8. Səbinə Məmmədova
Kişilər
1. Xəyal Həşimli
2. Sənan Əliyev
3. Emin Məmmədov
4. Vəzir Allahverdiyev
5. İbrahim Ansari
6. Nurlan Həsənov
7. Yusif Qafarlı
8. Nihat Məmmədov
Turnirə 22 dekabr tarixində yekun vurulacaq və iştirak edən idmançılar müvafiq olaraq tutduğu yerə uyğun Federasiya tərəfindən mükafatlandırılacaqlar.