Stolüstü tennisçilərimiz Riqada 4 medal qazanıb
- Nəşr edilib 18.02.2019 10:53
15-17 fevral 2019-cu il tarixində Latviyanın Riga şəhərində stolüstü tennis üzrə Gənclərin Beynəlxalq Kuboku keçirilmişdir. Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Estoniya, Belarus, İngiltərə, İslandiya, Polşa, Latviya, Litva, Özbəkistan, Norveç və Farer Adalarından olan idmançılar mübarizə aparmışdırlar.
2007- ci il və azyaşlıların oyunlarında tennisçimiz Adil Əhmədzadə (2008) gümüş medal, Hüseyn Eylzaov(2008) bürünc medal qazanmışdır. Qızların yarışında isə Aslanova Arzu (2008) bürünc medal qazanmışdır.
2004-cü il və azyaşlıların yarışında Məmmədov Emin (2005) bürünc medal qazanmışdır. Bu yaş qrupunun təsəlliverici oyunlarda da tennisçilərimiz Zemfira Mikayılova və Adil Əhmədzadə qalib olmuşdur.
https://astf.az/index.php/az/288-stoluestue-tenniscil-rimiz-riqada-4-medal-qazan-b#sigFreeIdc76125f850













