Stolüstü tennisçilərimiz Qazaxıstanda gümüş medal qazandılar
- Nəşr edilib 11.03.2019 18:06
Qazaxıstan Stolüstü Tennis Federasiyasının dəvəti ilə yığmamız 10 -13 mart 2019-cu il tarixlərində Qazaxıstanın Çimkənt şəhərində beynəlxlaq turnirdə iştirak edir. 7 ölkədən 19 qız komandasının iştirak etdiyi turnir Qazaxıstanın milli qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunmuşdur .
Qadınların komanda yarışlarında yığmamız – İmanova Məryəm və Qarayeva Nəzakət gümüş medal qazandılar.
Turnir şəxsi oyunlarla davam edir.













