Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərin Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatının püşkü atılıb. Monteneqronun Podqoritsa şəhərində təşkil olunan mərasimdə Azərbaycan seçmə komandalarının da rəqibləri müəyyənləşib. Püşkün nəticələrinə əsasən oğlanlardan ibarət komandamız “E” qrupunda Avstriya və Sloveniya seçmələri ilə mübarizə aparacaq. Qızlardan ibarət Azərbaycan milli komandası isə “H” qrupunda İsveç, Yunanıstan və Monteneqro kollektivləri ilə yarışacaq. İdmançılar komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər. 15 yaşadək stolüstü tennisçilərin Avropa birinciliyi iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə
Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə qələbə uğrunda mübarizə aparacaq. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da, Avropa çempionatında ölkəmizi təmsil edəcək.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası