Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Ölkə kubokunda komanda yarışları başa çatıb


Stolüstü tennis üzrə ölkə kuboku yarışı davam edir. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda komanda mübarizəsinə yekun vurulub. Kişilərin turniri Təhsil RİM kollektivinin qələbəsi ilə başa çatıb. MOİK ikinci yeri tutub. “Sərhədçi” və “Sumqayıt” komandaları 3-cü yeri bölüşüblər.
“Sumqayıt” komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri Təhsil RİM-nin yetirmələri tutublar. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü olub.

Qeyd edək ki, yarışın növbəti günlərində tennisçilər şəxsi, qoşa və qarışıq-qoşa turnirində də qalib və mükafatçıları müəyyənləşdirəcəklər.Ölkə kuboku yarışına noyabrın 19-da yekun vurulacaq.

2022 11 16

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası