Stolüstü tennisçimiz 5 qitənin ən istedadlıları sırasında
- Nəşr edilib 16.01.2023 17:06
Stolüstü tennisçimiz Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq. İstedadlı idmançımızı seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına 5 qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən bu stolüstü tennisçilər yanvarın 16-dan 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və mini-turnirlərdə iştirak edəcəklər. Xatırladaq ki, Onur Quluzadə artıq bir neçə ildir müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin analoji təlimlərinə qatılır.
https://astf.az/index.php/az/403-stoluestue-tenniscimiz-5-qit-nin-n-istedadl-lar-s-ras-nda#sigFreeId39d99c17ea