Stolüstü tennisçilərimiz Universiadaya yollanırlar
- Nəşr edilib 23.07.2023 19:10
İyulun 28-də Çinin Çendu şəhərində 31-ci Ümumdünya Yay Universiadasına start veriləcək. 110 ölkənin qatılacağı yarışda Azərbaycan 88 idmançı ilə təmsil olunacaq. Onlardan 8-i stolüstü tennisçidir. Çendu sınaqlarında Fərhad İsmayılov və Könül Mikayılovanın rəhbərliyi ilə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Aliyə Haşımova, Nihad Məmmədov, İbrahim Ansari, Kənan Pənahov və Fəxri Abdullayev bacarığını göstərəcək. Komandamız bu gecə Çinə yollanacaq. Universiadaya avqustun 8-də yekun vurulacaq.