Stolüstü tennisçilər arasında ölkə turniri keçirilir
- Nəşr edilib 23.12.2023 15:46
Bu gün yeniyetmə stolüstü tennusçilər arasında ölkə turnirinə start verilib. “Şüa” idman kompleksində keçirilən yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustan təmsilçiləri iştirak edirlər. Budəfəki turnirdə ümumilikdə 100-ə yaxın idmançı bacarığını göstərir. 2014-cü il təvəllüdlü və ondan kiçik yaşlı idmançıların qatıldığı yarış stolüstü tennisin kütləviliyini artırmaq və perspektivli idmançıları üzə çıxarmaq məqsədi daşıyır. Şəxsi xarakterli turnirin qalibləri dekabrın 24-də müəyyənləşəcək. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.