Ölkə birinciliyinin qalibləri və mükafatçıları məlum olub
- Nəşr edilib 23.09.2024 17:46
Stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub. Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər. Üç gün davam edən yarışda paytaxt Bakı ilə yanaşı Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb:
Şəxsi Qızlar:
I yer-Babazadə Xədicə
II yer- Mirzəbalayeva Mehin
III yer-Həbibova Yasəmən
III yer-Aslanzadə Mehri
Şəxsi Oğlanlar:
I yer- Babayev Vaqif
II yer-Muradov Zərbah
III yer-Mirzəliyev Əliəkbər
III yer- Yusifov Mirilkin
Qoşa qızlar:
I yer-Trofimenko Sofiya,Babazadə Xədicə
II yer- Mirzəbalayeva Mehin,Həbibova Yasəmən
III yer- Aslanzadə Mehri,Qasımzadə Ruqəyya
III yer-İmanverdizadə Banu,İlyasova Sofiya
Qoşa oğlanlar:
I yer- Babayev Vaqif,Muradov Zərbah
II yer-Hümbətov Saleh,Almədədli Cəfər
III yer-Kamilov Həzrət,İsmayılov Emin
III yer- Mirzəliyev Əliəkbər, Kərim Əmir
Qoşa qarışıq:
I yer-Babayev Vaqif,Babazadə Xədicə
II yer-Almədədli Cəfər,Həbibova Yasəmən
III yer-Muradov Zərbah,Banluyeva Minəxanım
III yer-Hümbətov Saleh, Aslanzadə Mehri
Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.