Stolüstü tennisçilərin Roma sınağı
- Nəşr edilib 24.09.2024 14:36
Veteran stolüstü tennisçilərimiz İtaliyaya yollanıblar. Onlar paytaxt Romada təşkil olunan dünya çempionatında iştirak edəcəklər. Yarışda Fərhad İsmayılov, İlkin Mustafayev, Məzahir Həsənov, Firudin Hüseynov, Əli Heydəri və Zabit Bağırov qələbə uğrunda mübarizə aparacaq. İyulun 8-də start veriləcək dünya çempionatına iyulun 14-də yekun vurulacaq.