Pedro Migel Mouro Fərid Qayıbovla görüşüb
- Nəşr edilib 24.09.2024 15:50
Bakıda səfərdə olan Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura bu gün gənclər və idman naziri Fərid Qayıbovla görüşüb.
Qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Görüş zamanı ölkəmizdə stolüstü tennis idman növünün inkişafı istiqamətində görülən işlər, hazırkı vəziyyəti, qarşılıqlı əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.
Görüşdə nazir müavini Mariana Vasileva, ASTF-nin vitse-prezidenti Elmar İslam, federasiyanın baş katibi Könül Mikayılova və nazirliyin kuratoru Sarvan Nağıyev də iştirak edib.