Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz Gimnaziadada mübarizə aparacaqlar

Bəhreyn Krallığının Manama şəhərində təşkil olunacaq Bəhreyn – 2024 Gimnaziada İdman Oyunlarına qatılacaq stolüstü tennisçilərimiz bu gün yola düşüblər. Yarışda məşqçilər Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Elşən Hüseynov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Aysu Ağayeva bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova isə Gimnaziadanın oyunlarını idarə edəcəklər. Stolüstü tennis yarışlarına oktyabrın 25-də start veriləcək. Qeyd edək ki, ölkəmiz oktyabrın 31-dək keçiriləcək yarışda 16 idman növü üzrə təmsil olunacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası