Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

"Top 8" turnirində qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə "Top 8" turnirinə yekun vurulub. "Şüa İdman Kompleksi"ndə təşkil olunan ənənəvi yarışda ölkənin ən güclü stolüstü tennisçiləri bacarıqlarını göstəriblər. Gərgin və maraqlı yarışın nəticələrinə əsasən, kişilər arasında Onur Quluzadə 1-ci olub. O, finalda Rüstəm Hacıliya qalib gəlib. Vəzir Allahverdiyev 3-cü yeri tutub. Qadınların turniri Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib. Mərziyyə Nurmətova fəxri kürsunün 2-ci, Ləman Abdulhəmidova 3-cü pilləsinə qalxıb. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim olunub.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası