Stolüstü tennisçilərdən növbəti uğur
- Nəşr edilib 12.02.2025 13:29
Stolüstü tennisçilərimiz Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” yarışını 3 mükafatla başa vurublar. Turnirin son günündə mübarizə aparan Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində gümüş medala sahib çıxıb. Onur və koreyalı həmkarı Ma Yeongmin finalda Türkiyə idmançıları Kenan Kahraman və Görkem Ocala uduzaraq gümüş medalla kifayətlənib. Xatırladaq ki, bundan əvvəl Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc mükafata layiq görülmüşdü. Onur Quuzadə həmçinin, Dohada təşkil olunan “WTT Youth Contender Doha 2025” turnirinin gümüş medalını da qazanmışdı.