Stolüstü tennis üzrə ölkə çempionatına yekun vurulub
- Nəşr edilib 06.03.2026 09:02
Qadınlar arasında ölkə çempionu adını finalda Aylin Əsgərovanı məğlub edən Mərziyyə Nurmətova qazanıb.
Kişilərin qoşa yarışı Onur Quluzadə ilə Nihad Məmmədovun qələbəsi ilə nəticələnib. Hilal Həsənovla Vəzir Allahverdiyev fəxri kürsünün ikinci pilləsinə qalxıb. Xəyal Həşimli ilə Əliverdi Şahgəldiyev, Rüstəm Hacılı ilə Adil Əhmədzadə üçüncü yeri tutub.
Qadınlar arasında Aylin Əsgərova ilə Mərziyyə Nurmətova qələbə çalıb. Xədicə Əbilzadə ilə Arzu Aslanova ikinci yeri tutub.
Məryəm İmanova - Yağmur Məmmədli və Ləman Abdulhəmidova - Zemfira Mikayılova tandemi üçüncü olub.
Qarışıq qoşa növündə Adil Əhmədzadə - Mərziyyə Nurmətova cütü baş mükafata sahib çıxıb.
Onlar finalda Hilal Həsənov - Səbinə Məmmədova tandeminə qalib gəliblər.
Elşən Hüseynovla Nigar Mahmudova, Onur Quluzadə ilə Yağmur Məmmədli üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, komanda yarışlarında kişilərin mübarizəsi Bakı-1 kollektivinin qələbəsi ilə başa çatıb. Bakı-2 ikinci, Bakı-3 və Şabran komandası üçüncü yeri tutub.
Qadınların yarışında Sumqayıt-1 qalib gəlib. Bakı-1 komandası ikinci yeri tutub. Bakı-2 və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.
https://astf.az/index.php/az/628-stoluestue-tennis-uezr-oelk-cempionat-na-yekun-vurulub#sigFreeId100c7d7228













