Stolüstü tennis üzrə yığmamız dünya çempionatında uğurlu çıxışlarını davam etdirir
- Nəşr edilib 01.03.2016 12:28
Fevralın 28-dən start verilən stolüstü tennis üzrə dünya çempionatında Azərbaycan yığma komandası öz qrupunda reytinqinə daha öndə olan Arqentina, Qazaxıstan, Qvatemala, Latviya və Monqolustan komandaları ilə görüşüb.
Azərbaycan komandası Qvatemala yığma komandasına 3:1, Arqentina yığma komandasına 3:0, Qazaxıstan yığma komandasına 3:1 hesabı ilə qalib gəlib. Azərbaycan-Monqolustan tennis yarışması isə 3:0 hesabı başa çatıb.
Komandamız martın 2-də yarımqrup mərhələsində son görüşünü Latviya yığması ilə keçirəcək.













