Autizm sindromlu uşaqlar stolüstü tennis üzrə məşqlərdə iştirak edib
- Nəşr edilib 11.05.2016 10:26
Azərbaycan Stolüstü Tennis Federasiyası autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək göstərmək üçün 7 may tarixində bu uşaqların yığma komandanın məşq prosesində iştirak etmələrini təmin edib.
Uşaqların stolüstü tennisə yaranan marağını nəzərə alaraq, autizmli uşaqların da tennislə məşğul ola bilməsi üçün onların müəllimlərinə yığma komandanın məşqçiləri tərəfindən təlimlər keçiriləcək.
Həmçinin, autizmli uşaqların cəmiyyətə inteqrasiya edilməsi üçün digər müxtəlif tədbirlərin də təşkil olunması nəzərdə tutulur.
View the embedded image gallery online at:
https://astf.az/index.php/az/78-autizm-sindromlu-usaqlar-stoluestue-tennis-uezr-m-sql-rd-istirak-edib#sigFreeId3be235ac64
https://astf.az/index.php/az/78-autizm-sindromlu-usaqlar-stoluestue-tennis-uezr-m-sql-rd-istirak-edib#sigFreeId3be235ac64