Nardaranda məktəblilər arasında idman təbliğ olunur
- Nəşr edilib 27.05.2016 14:22
Azərbaycan Respublikası Təhsil Nazirliyi Stolüstü Tennis Federasiyası ilə birgə Bakı şəhəri, Nardaran qəsəbəsində stolüstü tennis idman növünün kütləviliyində və məktəblilərin stolüstü tennisə cəlb olunması məqsədilə tədbir keçirmişdir.
Mayın 27-də Sabunçu rayonu 130 saylı tam orta məktəbdə təşkil olunmuş tədbirdə Təhsil Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov, Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov çıxış edərək Nardaran məktəblilərinə asudə vaxtlarını səmərəli keçirmək, sağlam həyat tərzi sürmək üçün idmanla, o cümlədən stolüstü tennislə məşğul olmağı tövsiyə etmişlər.
Çıxışlardan sonra stolüstü tennis üzrə milli yığma komandanın üzvləri Nardaran gəncləri arasında idmana maraq yaratmaq məqsədilə məktəblilərə “master klass” nümayiş etdirmişlər.
Federasiya tərəfindən Nardaran məktəblərinə tennis stolları və digər tennis inventarları hədiyyə edilmişdir.
Təhsil Respublika İdman Mərkəzinin I saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Gənclər İdman Məktəbi tərəfindən Nardaran qəsəbəsində 130 və 295 saylı orta ümumtəhsil məktəblərində məşq prosesləri təşkil edilmişdir. Məşqlər Nardarandan olan məşqçilər tərəfindən həyata keçirilir.
{gallery}shekiller/27-05-2016{/gallery}