“Olimpiya ümidləri” respublika turniri keçiriləcəkdir
- Nəşr edilib 13.06.2016 13:01
İyunun 22-25-də Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman–Sağlamlıq kompleksində stolüstü tennis üzrə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında “Olimpiya ümidləri” respublika turniri keçiriləcəkdir.
Turnirin keçirilməsində əsas məqsəd Federasiya ilə müqavilə bağlamış məşqçilərin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılmasıdır. 150-yə yaxın idmançının iştirak edəcəyi və şəxsi xarakter daşıyacaq turnir dairəvi sistem üzrə və beynəlxalq stolüstü tennis federasiyasının qaydalarına uyğun keçiriləcək.
Qaliblər Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.