Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

“Olimpiya ümidləri” respublika turnirinə start verilib

 İyunun 22-də “Şüa” İdman – Sağlamlıq Kompleksində Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında “Olimpiya ümidləri” respublika turnirinə start verilmişdir.

150-ə yaxın idmançının iştirak etdiyi yarışın keçirilməsində əsas məqsəd Federasiya ilə müqavilə bağlamış məşqçilərin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılmasıdır. Turnir şəxsi xarakter daşıyır, dairəvi sistem üzrə və beynəlxalq stolüstü tennis federasiyasının qaydalarına uyğun keçirilir.

Turnirin açılışında çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. Bildirilmişdir ki, Birinci Avropa Oyunlarından sonra Formula-1 Avropa Qran-prisi kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu bir daha təsdiqləyir. Gələn il Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Fazil Məmmədov həmçinin, son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs etmiş, yarış iştirakçılarına uğurlar arzulamışdır.  

Yarışlara iyunun 25-də yekun vurulacaq və qaliblər Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.

Turnir çərçivəsində Beynəlxalq Stolüstü Tennis Federasiyasının və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş seminarda iştirak edən məşqçilərə beynılxalq sertifikatlar təqdim olunmuşdur. 3 dərəcədən ibarət olan bu sertifikatlaların 1-ci dərəcəsini qazanmış Azərbaycan məşqçiləri Beynəlxalq Stolüstü Tennis Federasiyasının məşqçilər siyahısına daxil edilmişdir.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası