Stolüstü tennisçilərimiz Ermənistan millisinə qalib gəldi - 3:0
- Nəşr edilib 08.07.2016 17:53
Xorvatiyanın Zagreb şəhərində yeniyetmələr və gənclərin stolüstü tennis üzrə Avropa çempionatına strat verilib. İyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.
İlk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət milli komandamız 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.
İlk görüşlər qızlardan ibarət millimiz üçün də uğurlu olub. Lüksenburq və Avstriya komandalarına 3:0 hesabı ilə qalib gələn yığma komandamız növbəti oyunlarını Bosniya-Hersoqavinya, Avstriya, İspaniya komandaları ilə keçirəcək.
{gallery}shekiller/07-08-2016{/gallery}