Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Zaqreb şəhərində keçirilən Gənclər arasında Avropa birinciliyində millimiz uğurla irəliləyir!

 Azərbaycanın gənclərdən ibarət yığma komandası 2016-cı ilin Avropa birinciliyinə yeniyetmə oğlanlar, yeniyetmə qızlar və gənc qızlar komandası ilə qatılmışlar. İlkin mərhələdə hər 3 komandamız yarımqruplardan lider olaraq çıxmışlar.

Yeniyetmə oğlanlarımız (Yang Xinyu, Sadiqov Sadıx, Wang Chensi) “E” qrupunda Estoniya, İsrail, Ermənistan, yeniyetmə qızlarımız (Chen Xintai, Qarayeva Nəzakət, Zhou Çuyi) “F” qrupunda İspaniya, Avstriya, Bosniya və Hersoqovina, gənc qızlarımız (Ning Ding, Wang Miao, İmanova Məryəm, Deng Simeng) isə “F” qrupunda İtaliya və Luxsemburq yığmalarına 3-0 hesabı ilə qalib gəlmişlər.

Play off mərhıləsində yeniyetmə oğlanlarımız Yunanıstan millisinə 3-0 hesabı ilə qalib gəlib 1/8, burada da Rumıniya millisinə 3-0 hesabi ilə qalib gəlib 1/4-ə vəsiqə qazanmışlar. Yarımfinal uğrunda görüşdə oğlanlarımız İtaliya yığması ilə qarşılaşacaq.

Play off mərhıləsində yeniyetmə qızlarımız Slovakiya millisinə 3-0 hesabı ilə qalib gəlib 1/8 -ə vəsiqə qazanıb, burada da Rusiya yığmasına 0-3 hesabı ilə məğlub olmuşlar. Yeniyetmə qızlarımız 9-16-cı yerlər ugunda mübarizə aparacaqlar. Ilk göruşdə Türkiyə millisi ilə qarşılaşacaqlar.

Play off mərhıləsində gənc qızlarımız Bolqariya millisinə 3-0 hesabı ilə qalib gəlib 1/8, burada da Almaniya millisinə 3-1 hesabi ilə qalib gəlib 1/4 -ə vəsiqə qazanmışlar. Yarımfinal uğrunda görüşdə qızlarımız İspaniya yığması ilə qarşılaşacaq.

 

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası