Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatmışdır
- Nəşr edilib 06.03.2017 11:17
28 fevral – 04 mart 2017-ci il tarixlərində Gənclər və İdman nazirliyi və Stolüstü tennis Federasiyasının birgə təşkilatçılığı ilə "Bədən tərbiyəsi və Idman günü"nə həsr olunmuş Azərbaycan çempionatı başa çatmışdır. Federasiyasının vitse-prezidenti Fazil Məmmədov öz çıxışında dövlətimizin fiziki-mənəvi sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmış, ölkəmizin idman imicinin yüksəldilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində reallaşdırılan tədbirlərdən danışmışdır.
Çempionatda respublikanın şəhər və rayonlarından 60-dan yuxarı idmançı iştirak etmişdir. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, , Salyan, Gədəbəy, Samux və digər rayonların idmançıları iştirak etmişdir. 9 kişi və 7 qadın komandasının iştirak etdiyi komanda yarışlarının nəticələri:
Kişilər : I yer – Bakı 1
II yer- Bakı 3
III yer Sumqayıt ,Bakı – 2
Qadınlar: I yer – Sumqayıt 1
II yer – Bakı 1
III yer – Şəki, Sumqayıt 2
Şəxsi oyunlarda :
I yer – Cəfərov Ramil
II yer – Həşimli Xəyal
III yer – Ansari İbrahim, Allahverdiyev Vəzir
I yer – Eminova Bilurə
II yer – Qarayeva Nəzakət
III yer – İmanova Məryəm, Əhmədova Nəzrin
Sonda qaliblərə Federasiyanın diplom və mükafatları təqdim olunmuşdur.
https://astf.az/index.php/az/128-stoluestue-tennis-uezr-az-rbaycan-cempionat-basa-catm-sd-r#sigFreeId4ada2d351a













