Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başlanıb

 

Bu gün yeniyetmə və gənc stolüstü tennisçilərin respublika birinciliyinə start verilib. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda müxtəlif şəhər və rayonları təmsil edən 80-ə yaxın idmançı komanda, şəxsi, qoşa və qarışıq - qoşa növlərdə bacarığını göstərəcək. Birinciliyin ilk günündə komanda yarışlarının qalib və mükafatçıları müəyyənləşib.

2004-2007-ci il təvəllüdlü qızlar:
1) Bakı
2) Sumqayıt
3) Şabran

2004-2007-ci il təvəllüdlü oğlanlar:
1) Bakı -1
2) Sumqayıt
3) Şabran, Bakı -2

2008 və kiçik təvəllüdlü qızlar:
1) Sumqayıt -1
2) Sumqayıt -2
3) Bakı -2, Bakı -1

2008 və kiçik təvəllüdlü oğlanlar :
1) Bakı -1
2) Şabran
3) Sumqayıt -1, Bakı -2
Azərbaycan birinciliyinə oktyabrın 21-də yekun vurulacaq.

Stolüstü tennis üzrə Azərbaycan çempionatı başlanıb

Bu gün böyüklər arasında stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.
Artıq komanda yarışlarının nəticələri məlumdur.
Qadınlar:
1) Sumqayıt – 1
2) Bakı -1
3) Sumqayıt - 2, Bakı -2

Kişilər:
1) Bakı -2
2) Bakı – 3
3) Bakı – 1, Sumqayıt

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışa oktyabrın 7-də yekun vurulacaq. Fəxri kürsüyə qalxan idmançılara AGİN-in medal və diplomları, həmçinin, ASTF-nin mükafatları təqdim olunacaq.

Stolüstü tennisçilərimiz mükafatlandırılıblar

 

Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış edən stolüstü tennisçilərimizə bu gün ASTF-nin mükafatları təqdim olunub. Federasiyanın vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova Batumi sınaqlarındakı yüksək nəticələr münasibəti ilə seçmə komandanın üzvlərini təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb.
“WTT Youth Contender” turnirində fərqlənən idmançılara və komandanın məşqçilərinə federasiyanın mükafatları təqdim olunub.
Stolüstü tennisçilərimiz bu gün həmçinin, Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan ənənəvi tədbirdə də iştirak ediblər.
Xatırladaq ki, seçmə komandamız Batumi sınaqlarından Vətənə 10 medalla qayıdıb. Mərziyyə Nurmətova 15 və 17 yaşadək, Ləman Abdulhəmidova 19 yaşadək, Aylin Əsgərova 17 yaşadək, Yağmur Məmmədli ilə Onur Quluzadə isə 13 yaşadək idmançılar arasında bürünc medal qazanıb. Qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə, Mərziyyə Nurmətova Ləman Abdulhəmidova gümüş, Aylin Əsgərova, Hüseyn Eylazov, Zemfira Mikayılova bürünc mükafata layiq görülüb.
Stolüstü tennisçilərimiz yarış ərzində qarşılaşdıqları 10 erməni idmançısı üzərində inamlı qələbə çalıblar.

Beynəlxalq turnirdə 10-cu mükafat

Gürcüstanın Batumi şəhərində dünya seriyalı “WTT Youth Contender” turniri davam edir. Bu gün seçmə komandamızın aktivinə daha bir medal əlavə olunub. 13 yasadək idmançıların mübarizəsinə qatılan Onur Quluzadə yalnız yarımfinalda uduzaraq bürünc medala layiq görülüb.
Xatırladaq ki, yarışın ilk günlərində mübarizəyə qatılan Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədlidən ibarət komanda turniri 9 medalla başa vurub.

Batumi sınaqlarının qəhrəmanları Vətəndə


Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış edən qızlardan ibarət komandamız Vətənə qayıdıb. Stolüstü tennisçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda ASTF-nin rəsmiləri və idmançıların doğmaları qarşılayıblar. Xatırladaq ki, məşqçilər Fərhad İsmayılov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədlidən ibarət komanda turniri 2-si gümüş, 7-si bürünc olmaqla 9 medalla başa vurub. Onu da, qeyd edək ki, idmançılarımız yarış zamanı qarşılaşdıqları 8 erməni rəqibi məğlubiyyətə uğradıblar.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası