Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Azərbaycan çempionatına start verilib

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatı başlanıb. “Şüa” İdman Kompleksində keçirilən yarışda paytaxt idmançıları ilə yanaşı digər şəhər və rayonların stolüstü tennisçiləri 4 gün ərzində qüvvələrini sınayacaqlar. AGİN və ASTF-nin birgə təşkil etdiyi budəfəki çempionatda da komanda, şəxsi, qoşa və qarışıq qoşa mübarizədə qalib və mükafatçılar müəyyənləşəcək. Nəticələrə əsasən seçmə komandanın heyətinə cəlb olunacaq idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Azərbaycan çempionatına mayın 17-də yekun vurulacaq.

Stolüstü tennisçimiz Avropa çempionatına qatılacaq

Mayın 7-də Slovakiyanın paytaxtı Bratislava şəhərində 21 yaşadək solüstü tennisçilərin Avropa çempionatına start veriləcək. Reytinq əsasında keçirilən yarışda ölkəmizi bu dəfə Aylin Əsgərova təmsil edəcək. Seçmə komandamızın üzvü və məşqçi Səbinə Əzizli bu gün Bratislavaya yola düşüb. Avropa çempionatına mayın 11-də yekun vurulacaq.

ASTF-nin baş katibi beynəlxalq tədbirdə iştirak edib


Mayın 2-dən 4-dək Türkiyənin İstanbul şəhərində "Baxışları paylaşmaq, sabahı formalaşdırmaq" adlı beynəlxalq stolüstü tennis dialoqu keçirilib. Türkiyə Stolüstü Tennis Federasiyası tərəfindən təşkil olunan toplantıya 29 ölkənin nümayəndələri qatılıblar. Azərbaycanı bu tədbirdə ASTF-nin baş katibi Könül Mikayılova təmsil edib. Açilış nitqi ilə iştirakçıları salamlayan Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç bu cür tədbirlərin federasiyalar arasında daha sıx əməkdaşlığa yol açdığını və stolüstü tennisin inkişafına təkan verdiyini vurğulayıb. Tədbir zamanı federasiya rəsmiləri tərəfindən gələcək planlar müzakirə edilib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub

"Şüa" idman kompleksində keçirilən yarışda U19 və U15 yaş qrupları üzrə idmançılar bacarıqlarını göstəriblər. Aprelin 30-da start verilən birincilikdə komanda, qoşa, qarışıq-qoşa və şəxsi mübarizədə qaliblər müəyyənləşib. Nəticələrə əsasən, 19 yaşadək qızların komanda turniri Sümqayıt-1 kollektivinin qələbəsi ilə başa çatıb. Oğlanların yarışında isə baş mukafata Bakı-1 komandası layiq görulüb.
U-15 yaş dərəcəsində qızların mübarizəsi Sumqayıt-1, oğlanların yarışı Şabran komandasının qələbəsi ilə nəticələnib.
U19 yaş qrupunda mübarizə aparan qızların qoşa yarışında Mərziyyə Nurmətova ilə Aylin Əsgərova birinci olub.
Oğlanların turnirində Adil Əhmədzadə-Rüstəm Hacılı tandemi bütün rəqiblərini üstələyib.
Qarışıq-qoşa mübarizədə Adil Əhmədzadə ilə Nigar Mahmudova birinci yer tutub.
Şəxsi yarışlarda isə Mərziyyə Nurmətova və Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
U15 yaş dərəcəsində
qoşa yarışlardan Yağmur Məmmədli – Xədicə Eylazova  və Onur Quluzadə - Əliəkbər Mirzəliyev dueti qalib ayrılıb.
Qarışıq-qoşa turnirdə Onur Quluzadə ilə Yağmur Məmmədli qələbə qazanıb.
 Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi yarışların da qalibi adını qazanıb.
Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.

Ölkə birinciliyində komanda yarışları başa catıb

Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub.  "Şüa" idman kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən, 19 yaşadək qızlar arasında Sümqayıt-1 kollektivi 1-ci yeri tutub. Bakı-1 ikinci, Şabran və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb.
19 yaşadək oğlanların yarışında baş mukafata Bakı-1 komandası layiq görulüb. Sumqayıt kollektivi ikinci, Şabran və Bakı-2 üçüncü yeri tutub.
U-15 yaş dərəcəsində qızların mubarizəsi Sumqayıt-1 komandasının qələbəsi ilə nəticələnib. Bakı-1 ikinci, Sumqayıt-2 və Sumqayıt-3 üçuncü pillədə yer alıb.
15 yaşadək oğlanların yarışından isə Şabran idmançıları qalib ayrılıblar. Bakı-1 ikinci, Sumqayıt-1 və Sumqayıt-2 komandası üçuncü yeri tutub.

1 -dən səhifə 105

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası