Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilər “İdman paytaxtı 2024”ün açılış mərasimində


Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qubada keçirilən “İdman paytaxtı 2024”ün açılış mərasimi olub.

Gənclər və idman naziri Fərid Qayıbov və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, həmçinin idman ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbirdə stolüstü tennisçilər də iştirak ediblər.
Maraqlı məqamlarla yadda qalan mərasimdə “İdman Paytaxtı 2024”ün “Fuji” adlı maskotu təqdim olunub.
Ardınca nazir Fərid Qayıbov “İdman Paytaxtı”nın rəmzi açarını Quba rayonunun icra başçısı İlqar Mahmudova təqdim edib.
Digər idman növləri ilə yanaşı stolüstü tennis üzrə nümunəvi çıxışlar da iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Stolüstü tennisçilər Çinə yollanıblar

Yeniyetmə stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılıblar. 13 yaşadək idmançılardan ibarət seçmə komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar. Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunar Bağırov, Onur Quluzadə, Şakir Qədirov, Şəbnəm Mansurova, Yağmur Məmmədli və Banu Baytallı Çinin Şanxay şəhərində yerləşən Milli Stolüstü Tennis Akademiyasında ustalıq səviyyəsini artıracaq. Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına yanvarın 24-də yekun vurulacaq.

 

Stolüstü tennisçilərin ölkə turniri başa çatıb

Kiçik yaşlı yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub. “Şüa” idman kompleksində keçirilən yarışın nəticələrinə əsasən qızların mübarizəsi Mehri Aslanzadənin qələbəsi ilə başa çatıb. Nailə Nəzirova ikinci, Fərəh Hidayətzadə ilə Sofiya İlyasova üçüncü yeri tutub.
Oğlanların yarışında isə Əliəkbər Mirzəliyev bütün rəqiblərini üstələyib. O, finalda Saleh Hümbətova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həzrət Kamilovla Cəfər Almədədli üçüncü yerlə kifayətlənib. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, budəfəki yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustandan üzmumilikdə 100-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

Stolüstü tennisçilər arasında ölkə turniri keçirilir

Bu gün yeniyetmə stolüstü tennusçilər arasında ölkə turnirinə start verilib. “Şüa” idman kompleksində keçirilən yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustan təmsilçiləri iştirak edirlər. Budəfəki turnirdə ümumilikdə 100-ə yaxın idmançı bacarığını göstərir. 2014-cü il təvəllüdlü və ondan kiçik yaşlı idmançıların qatıldığı yarış stolüstü tennisin kütləviliyini artırmaq və perspektivli idmançıları üzə çıxarmaq məqsədi daşıyır. Şəxsi xarakterli turnirin qalibləri dekabrın 24-də müəyyənləşəcək. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.

Veteran stolüstü tennisçilərin ölkə turniri keçirilib

Veteran stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışda 60-a yaxın iştirakçı bacarığını göstərib. Qadınlar 1, kişilər isə 4 yaş qrupu üzrə qalib və mükafatçıları müəyyənləşdiriblər. Maraqlı idman mübarizəsinin nəticələrinə əsasən qadınlar arasında Svetlana Kayumova bütün rəqiblərini üstələyib. Kişilərin yarışlarında isə, Mahir Cəbiyev, Elşad Vahidov, Əsgərqulu Heydərli və Səxavət Heydərov baş mükafata layiq görülüb. Fəxri kürsüyə qalxan iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası