Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib

İyunun 27-dən 29-dək stolüstü tennis üzrə ölkə birinciliyi keçiriləcək. Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstərəcəklər. Üç gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq. İştirakçılar şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda

Stolüstü tennisçilərimiz Rusiyanın Yakutsk şəhərində keçiriləcək "Asiya uşaqları" İdman Oyunlarında iştirak edəcəklər. 2009-2010-cu il təvəllüdlü idmançiların qatılacağı yarışda 4 stolüstü tennisçi bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Səbinə Əzizlinin rəhbərliyi ilə Şəbnəm Mansurova, Xədicə Eylazova, Tunar Bağirov və Uğur Nəzərli qələbə uğrunda mübarizə aparacaq. İyunun 25-də start veriləcək yarışa beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da dəvət alıb. Qeyd edək ki, "Asiya uşaqları" İdman Oyunlarına iyulun 7-də yekun vurulacaq.

Seçmə komandamız Qazaxıstana yollanıb

Stolüstü tennis üzrə seçmə komandamız daha bir beynəlxalq təlim-məşq toplanışındadır. İdmançılarımız bu məqsədlə Qazaxıstana yollanıblar. Çimkənd şəhərində təşkil olunan toplanışda məşqçilər Fərhad İsmayılov və Ramin Cəfərovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova ustalıq səviyyəsini artıracaq. Qazaxıstan seçməsi ilə bu gün başlanan birgə təlim-məşqlər mayın 31-də yekunlaşacaq. Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Stolüstü tennisçilərimiz Avropa birinciliyində

Yeniyetmə stolüstü tennisçilərimiz Avropa birinciliyinə qatılacaqlar. Seçmə komandamız bu məqsədlə Rumıniya paytaxtına yollanıb. Buxarest sınaqlarında 4 idmançımız bacarığını göstərəcək. Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı seçmə komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə qələbə uğrunda mübarizə aparacaq. Yarışlara mayın 22-də start veriləcək. Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb. Təcrübəli hakim yarışın oyunlarını idarə edəcək.

Stolüstü tennis üzrə ölkə turnirinə yekun vurulub

2014-cü il təvəllüdlü və daha kiçik stolüstü tennisçilərin ölkə turniri başa çatıb. Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis klubunda keçirilən yarışda Bakı və Sumqayıt idmançıları ilə yanaşı, Salyan, Şirvan və Şabrandan ümumilikdə 70-ə yaxın stolüstü tennisçi bacarığını göstərib. İştirakçılar şəxsi mübarizədə qalib və mükafatçıları müəyyənləşdiriblər. Nəticələrə əsasən qızlardan Mehri Aslanzadə qalib adını qazanıb. O, finalda Banu İmanverdizadəni məğlub edib. Alina
Miradiyeva ilə Yasəmən Həbibova üçüncü yeri tutub.
Oğlanların yarışı Əliəkbər Mirzəliyevin qələbəsi ilə başa çatıb. Həzrət Kamilov ikinci, Saleh Hümbətovla Cəfər
Almədədli fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası