Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz mükafatlandırılıblar

Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasında tədbir keçirilib. Federasiyanın vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və məşqçilər heyətinin qatıldığı tədbirdə əvvəlcə qızlardan ibarət seçmə komandanın üzvlərinə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyələr təqdim olunub. Ardınca son beynəlxalq yarışlarda etimadı doğruldan idmançılar və milli komandanın məşqçiləri mükafatlandırılıblar. Onlara qarşıdakı yarışlarda da uğurlar arzulanıb, lazımi tövsiyyələr verilib. Xatırladaq ki, seçmə komandanın üzvləri fevral ayında qatıldıqları nüfuzlu tunirlərdə 3 medal qazanıblar. Onur Quluzadə Əlcəzairdə keçirilən dunya seriyalı “WTT Youth Contender” yarışında qızıl, Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Avropa Gənclər Seriyası” turnirində bürünc medala layiq görülüb. Yagmur Məmmədli isə Əlcəzairdəki yarışda fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib.

 

“İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman Kompleksində keçirilən yarışda ümumilikdə 21 komandadan 60 əməkdaş mübarizə aparıb.
Gərgin və maraqlı mübarizənin nəticələrinə görə, qadınlar arasında SOCAR (Svetlana Kayumova, Samirə Cəfərova, Nərgiz Daşdəmirova) birinci olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Qumru Həsənova, Fərəh Babayeva, Aygün Səfərova) və İqtisadiyyat Nazirliyi (Naibə Mursakulova, İlahə İbrahimli, Həmidə Əsədova) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüb.
Kişilər arasında isə Fövqəladə Hallar Nazirliyi (Əli Bayramov, Vüqar İbrahimov, Tofiq Rzayev) yarışın qalibi olub. SOCAR (Valeh Musayev, Süleyman Alimov, İftixar Məhərrəmov) ikinci, Dövlət Gömrük Komitəsi (Şamil Emçiyev, Sunay Həmzəyev, Vüqar Orucov) isə üçüncü yeri tutub.

Stolüstü tennisçilər beynəlxalq turnirdə iki medal qazanıblar

Stolüstü tennisçilərimiz Əlcəzairdə kecirilən dunya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış ediblər. Seçmə komandamızın üzvləri Onur Quluzadə ilə Yagmur Məmmədli Əlcəzair sınaqlarında da etimadı layiqincə doğruldub. 13 yasadək idmançiların mübarizəsində qrup mərhələsini inamla adlayan Onur Quluzadə ardınca digər rəqiblərini də yolundan kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüsdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələn Onur yarışın qızıl medalına layiq görulüb. Eyni yaş qrupunda bacarığını göstərən Yağmur Məmmədli qrup turnirində rəqiblərini üstələdikdən sonra növbəti mərhələlərdə də inamlı çıxış sayəsində finala adlayıb. Son qarşılaşmada isə Özbəkistan təmsilçisinə uduzan Yağmur fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qeyd edək ki, “WTT Youth Contender” yeniyetmə və gənc stolüstü tennisçilərin ən nüfuzlu turnirlərindən sayılır.

Stolüstü tennisçilər Afrikaya yollanıblar


Stolüstü tennis üzrə seçmə komanda daha bir beynəlxalq yarışda mübarizə aparacaq. Söhbət dünya seriyalı “WTT Youth Contender” turnirindən gedir. Əlcəzairin paytaxtı Əlcəzair şəhərində təşkil olunan yarışda 8 idmançı bacarığını göstərəcək. Məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Xədicə Əbilzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova və Yağmur Məmmədli bu gün Afrikaya yollanıb. Sabah start veriləcək yarışa martın 2-də yekun vurulacaq.

Stolüstü tennisçimiz Xorvatiyada fəxri kürsüyə yüksəlib

Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışın mükafatını qazanıb. İstedadlı idmançı Xorvatiyanın Osiyek şəhərində keçirilən “Avropa Gənclər Seriyası” turnirində etimadı doğruldub. Məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılan Quluzadə Xorvatiya, Macarıstan və Avstriya təmsilçiləri ilə qrup mübarizəsindən lider kimi ayrılıb. Ardınca Polşa və İsveçrə idmançılarına da qalib gələn stolüstü tennisçimiz finalın bir addımlığında Çin əsilli almaniyalı rəqibinə uduzaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, Onur Quluzadə Osiyek sınaqlarında 13 yaşadək idmançılar arasında mübarizə aparıb.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası