Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışında

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıblar. Seçmə komandamız bu məqsədlə Türkiyənin paytaxtı Ankaraya yollanıb. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova bu gündən aprelin 1-dək toplanışda olacaq. Hazırlıq prosesi Türkiyə seçmə komandası ilə birgə keçiriləcək. Qeyd edək ki, daha bir stolüstü tennisçimiz Onur Quluzadə hazırda Çin Xalq Respublikasında təlim-məşq toplanışındadır.

Onur Quluzadə Çinə yollanıb

Stolüstü tennisçilərimizi qarşıda daha bir ciddi sınaq gözləyir. Seçmə komandamız may ayında Buxarestdə təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaq. İdmançılarımız məsul yarışa hazırlığı davam etdirirlər. Seçmə komandamızın üzvləri qitə birinciliyinədək bir neçə beynəlxalq turnirlə yanaşı təlim-məşq toplanışlarına da qatılacaqlar. Onlardan biri – Onur Quluzadə bu məqsədlə Çinə yollanıb. İstedadlı idmançı aprelin 1-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Çin millisinin Jenqdinq şəhərindəki təlim-məşq bazasında toplanışda olacaq. Qeyd edək ki, Onur Quluzadə, həmçinin komandamızın digər üzvləri bundan əvvəl də Çin Xalq Respublikasının məşhur stolüstü tennis bazalarında hazırlıq keçiblər.

Stolüstü tennisçilərimiz beynəlxalq yarışda 10 medal qazanıblar

Stolüstü tennisçilərimiz Türkiyədə keçirilən beynəlxalq yarışda etimadı layiqincə doğruldublar. Seçmə komandamızın üzvləri Nevşehirdə təşkil olunan “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanıblar. İlk olaraq U-13 komandamızın 2-ci, U-15 komandamızın isə 3-cü yer tutduğu haqda məlumat vermişik. İdmançılarımız yarışın son günlərində daha 8 mükafata layiq görülüblər. Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb.
Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub.
Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yeri tutub.
Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Beləliklə komandamız “Avropa Gənclər Seriyası 2024” yarışını 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub.

Stolüstü tennisçilərin növbəti uğuru

İlə yüksək nəticələrlə başlayan stolüstü tennisçilərimiz növbəti uğura imza atıblar. Seçmə komandamızın üzvləri bu dəfə Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası” yarışında etimadı doğruldublar. Nevşehirdə təşkil olunan turnirin komanda yarışlarında məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallıdan ibarət kollektiv 13 yaşadək idmançılar arasında ikinci yeri tutub. Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazovadan ibarət komanda isə 15 yaşadək idmançıların mübarizəsində bürünc medal qazanıb. Mükafatları Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Oktay Çimen və Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova təqdim edib. Hər iki yaş qrupunda final görüşləri isə beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasovaya həvalə olunub. İdmançılarımız martın 17-də yekun vurulacaq yarışın son günlərində şəxsi mübarizədə bacarıqlarını göstərəcəklər.

Stolüstü tennisçilər beynəlxalq yarışa qatılacaqlar

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Seçmə komandamız bu dəfə Türkiyədə keçiriləcək “Avropa Gənclər Seriyası” turnirində mübarizə aparacaq. Turkiyənin Nevşehir şəhərində təşkil olunan yarışda məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək idmançılar, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançılar arasında bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova turnirin oyunlarını idarə edəcək. Martın 13-də start veriləcək yarışa martın 17-də yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası