Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında

Stolüstü tennisçilərimiz qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirirlər. Bugünlərdə seçmə komandanın 8 üzvü Çində təlim-məşq toplanışındadır. Daha 12 idmançı isə, bu məqsədlə Türkiyəyə yollanıb. Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Səbinə Məmmədova, Xədicə Əbilzadə, Nigar Mahmudova və Aysu Ağayeva noyabrın 22-dək, baş məşqçi Fərhad İsmayılov, məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Yalova şəhərində yerləşən “Masa Tennisi Salonu” kompleksində hazırlıq keçəcək. Stolüstü tennisçilər toplanış çərçivəsində həmçinin, İstanbul və Bursa şəhərlərində yoldaşlıq turnirlərində bacarıqlarını göstərəcəklər.

Stolüstü tennisçilər Çinə yollanıblar

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında iştirak edəcəklər. Seçmə komandamızın üzvlər bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar. Şəbnəm Mansurova, Banu Baytallı, Onur Quluzadə və Tunar Bağırov baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərində, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli isə, məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Hebey şəhərində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək. Təlim-məşq toplanışları noyabrın 27-də yekunlaşacaq.

Stolüstü tennisçilərimiz beynəlxalq yarışı 9 medalla başa vurublar

Latviyanın paytaxtı Riqada “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinə yekun vurulub. Yarışın son günlərində seçmə komandamızın aktivinə daha 7 medal yazılıb. Şəbnəm Mansurova U-15 yaş dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə ikinci, Yağmur Məmmədli üçuncü yeri tutub. U-19 yaş dərəcəsində keçirilən yarışlara da qatılan Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli üçuncü olub. Xatırladaq ki, yarışın ilk günündə Onur Quluzadə ilə Yağmur Məmmədli U-13 yaş dərəcəsində baş mükafata layiq görülmüşdü. Beləliklə, stolüstü tennisçilər Riqa sınaqlarını 3 qızıl, 1 gümüş, 5 bürünc mükafatla başa vurublar.

Stolüstü tennisçilərimiz beynəlxalq yarışın qalibi olublar

 

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirində etimadı doğruldublar. U-13 yaş dərəcəsində mübarizə aparan idmançılar bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüblər. Qeyd edək ki, seçmə komandamız beynəlxalq yarışa 16 idmançı ilə qatılıb. Riqa sınaqlarına sabah yekun vurulacaq.

Könül Mikayılova ilə Fərhad İsmayılov ASTB-də təmsil olunacaq

Avropa Stolüstü Tennis Birliyinin  İcraiyyə Komitəsinin İclası keçirilib. İclasda qurumun komitələrinin tərkibi müəyyənləşib. Qərara əsasən, Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova yenidən Gender bərabərliyi komitəsinə, seçmə komandanın baş məşqçisi Fərhad İsmayılov isə Veteranlar komitəsinə üzv seçilib.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası