Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub


Stolüstü tennisçi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirinin mükafatını qazanıb. Qrup mərhələsində yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələrlə növbəti mərhələyə lider kimi adlayan Onur, 1/16 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2-3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalına layiq görülüb.

Stolüstü tennisçilər Sarayevoya yollanıblar

Stolüstü tennisçilər Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər. Budəfəki yarışda seçmə komandanın 6 üzvü bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Aprelin 22-də start veriləcək yarışa aprelin 25-də yekun vurulacaq.

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa catıb


Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına yekun vurulub. “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparıblar. 60-a yaxın iştirakçının qatıldığı çempionatda bütün rəqiblərini ustələyən Vaqif Məmmədov, Yaşar Mövlanov, Məzahir Həsənov, Muxtar Ağazadə və Marina Ruvayeva şəxsi mübarizədə baş mükafata layiq görulüb. Zaur Mikayılovla Mahir Cəbiyev tandemi isə qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fərqlənən iştirakçılar Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başlanıb


Bu gün veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib. “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar. Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər. Azərbaycan çempionatına sabah yekun vurulacaq.

Stolüstü tennisçilər Berlin və Havirov sınaqlarında

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq yarışlara qatılıblar. Bu gün paralel olaraq Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərində “WTT Youth Contender” turnirinə start verilib. Onur Quluzadə və Tunar Bağırov martın 10-dan 12-dək seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Berlin, Yağmur Məmmədli və Aylin Əsgərova məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Havirov sınaqlarında bacarığını göstərəcək. Martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunan anoloji yarışda mübarizə aparacaqlar.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası