Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Avropa Stolüstü Tennis Birliyinin yeni rəhbəri seçilib

Bu gün Avstriyanın Lints şəhərində Avropa Stolüstü Tennis Birliyinin hesabat seçki konfransı keçirilib. Səsvermənin nəticələrinə görə portuqaliyalı Pedro Migel Moura qurumun prezidenti seçilib. Zoran Primorak (Xorvatiya), Didyö Leroy (Belçika), İnna Jozepsone (Latviya) Yaroslav Françijek Kolodjeyçik (Avstriya) və Sonya Qrefberq (Finlandiya) isə vitse-prezident vəzifəsini daşıyacaq. Qeyd edək ki, konfransda Azərbaycanı ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova təmsil edib.

Stolüstü tennisçilərimiz Avropa çempionatında

Stolüstü tennisçilərimiz böyüklər arasında şəxsi Avropa çempionatında iştirak edəcəklər. Seçmə komandamız bu məqsədlə Avstriyaya yollanıb. Lints şəhərində təşkil olunacaq yarışda baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nihat Məmmədov və Hilal Həsənov qələbə uğrunda mübarizə aparacaq. Sabah başlanacaq Avropa çempionatına oktyabrın 20-də yekun vurulacaq.

Seçmə komandamız növbəti beynəlxalq yarışa yollanıb

Stolüstü tennisçilərimiz bu gün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüblər. Seçmə komandamız Dubayda təşkil olunacaq növbəti “WTT Youth Contender” turnirində iştirak edəcək. Budəfəki yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Şəbnəm Mansurova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaq. Qeyd edək ki, sabah start veriləcək yarışa oktyabrın 17-də yekun vurulacaq.

Stolüstü tennisçilərimiz Batumi sınaqlarını mükafatlarla başa vurdular

Stolüstü tennisçilərimiz Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində etimadı doğruldublar. Beynəlxalq yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılan seçmə komandanın üzvləri Batumi sınaqlarında üç mükafata layiq görülüblər. Onur Quluzadə 13 yaşadək idmançilar arasında bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Eyni yaş qrupunda mübarizə aparan Yağmur Məmmədli 3-cü yerlə kifayətlənib. Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi isə, qarışıq qoşa yarışlarında mükafatçılar sırasında yer alıb. 16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar. Qeyd edək ki, Batumi sınaqlarında ev sahibi Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, ABŞ, İngiltərə, İsrail, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və Litva komandaları iştirak edirdilər.

Seçmə komandamız beynəlxalq yarışda iştirak edəcək

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Seçmə komandamız bu məqsədlə Gürcüstana yola düşüb. Batumidə təşkil olunan “WTT Youth Contender” turnirində 10 idmançı bacarığını göstərəcək. Gürcüstan sınaqlarında baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə, Tunar Bağırov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova, Yağmur Məmmədli və Şəbnəm Mansurova etimadı doğrultmağa çalışacaq. Beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası