Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçimiz Xorvatiyada fəxri kürsüyə yüksəlib

Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışın mükafatını qazanıb. İstedadlı idmançı Xorvatiyanın Osiyek şəhərində keçirilən “Avropa Gənclər Seriyası” turnirində etimadı doğruldub. Məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılan Quluzadə Xorvatiya, Macarıstan və Avstriya təmsilçiləri ilə qrup mübarizəsindən lider kimi ayrılıb. Ardınca Polşa və İsveçrə idmançılarına da qalib gələn stolüstü tennisçimiz finalın bir addımlığında Çin əsilli almaniyalı rəqibinə uduzaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, Onur Quluzadə Osiyek sınaqlarında 13 yaşadək idmançılar arasında mübarizə aparıb.

Stolüstü tennisçilər beynəlxalq yarışda

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışa qatılıblar. Seçmə komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Gənclər Seriyası turnirində mübarizə aparacaq. Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək idmançıların, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançıların yarışında bacarığını göstərəcək. Bu gün başlanan beynəlxalq turnirə fevralın 25-də yekun vurulacaq.

Stolüstü tennisçilərimiz prezident seçkilərinə qatılıblar

Fevralın 7-si növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür. İdman ictimaiyyətinin nümayəndələri hətta ölkədən kənarda da seçkilərdə fəal iştirak edirlər. Buna stolüstü tennisçilərimizi misal çəkmək olar. Milli komandanın Qazaxıstanda təlim-məşq toplanışında olan üzvləri də vətəndaşlıq borcunu yerinə yetiriblər. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə 5 idmançı – Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev və Nihad Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki Nümayəndəliyində təşkil edilən səsverməyə qatılıblar.

Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar

Stolüstü tennisçilərimiz daha bir beynəlxlaq toplanışa qatılacaqlar. Seçmə komandamızın 6 üzvü bu məqsədlə Qazaxıstana yollanıb. Söhbət Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Rüstəm Hacılıdan gedir. Onlar seçmə komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə fevralın 4-dən 13-dək Almatı şəhərində Qazaxıstan millisi ilə birgə təlim-məşq toplanışında iştirak edəcəklər. Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Stolüstü tennisçilərimiz Avropa çempionatında

Sabah 21 yaşadək stolüstü tennisçilərin Avropa çempionatına start verilir. Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Söhbət Zemfira Mikayılova ilə Ləman Abdulhəmidovadan gedir. Onlar milli komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə yarışda mübarizə aparacaqlar. Qeyd edək ki, seçmə komandamız ilk dəfə bu çempionata qatılır. Zemfira Mikayılova ilə Ləman Abdulhəmidova isə şəxsi reytinqlərinə əsasən yarışda iştirak hüququna yiyələnib. Skopye sınaqlarına yanvarın 28-də yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası