Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz beynəlxalq yarışa qatılacaqlar

Stolüstü tennisçilərimiz daha bir ciddi sınaq qarşısındadırlar. Yeniyetmələrdən ibarət seçmə komandalar beynəlxalq “Pro Tur” yarışlarında iştirak edəcəklər. Oğlan tennisçilər mayın 16-dan 18-dək Almaniyanın Berlin şəhərində, 20-dən 22-dək Polşanın Vladislava şəhərində təşkil olunacaq turnirlərə qatılacaqlar. Qızlar isə mayın 16-dan 18-dək Vladislavada, 20-dən 22-dək Berlində keçiriləcək yarışda bacarıqlarını göstərəcəklər. Hər iki komanda ənənəvi yarışa böyük həvəs və qələbə əzmi ilə hazırlaşır. Qax Olimpiya İdman Kompleksində və Türkiyənin Yalova şəhərindəki təlim-məşq toplanışlarını başa vuran tennisçilər, məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə hazırlıq prosesini Bakıda davam etdirirlər.

Beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini oğlanlardan Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qızlardan isə, Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova qoruyacaq.
Qeyd edək ki, bu yarışlarda iştirakın əsas məqsədi iyul ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.

Azərbaycan idman ictimaiyyətinə itki üz verib

Azərbaycan idman ictimaiyyətinə itki üz verib. Uzun illər Azərbaycan Stolüstü tennis Federasiyasında müxtəlif vəzifələrdə çalışmış İbrahim Efendiyev 90 yaşında dünyasını dəyişib. Mərhum idman mütəxəssisi 2005- 2014-cü illərdə federasiyanın baş katibi, 2014- 2019-cu illərdə isə federasiya prezidentinin müşaviri vəzifələrini yerinə yetirib. Azərbaycan Stolüstü Tennis Federasiyası İbrahim Efendiyevin ölümündən təsirləndiyini bildirir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə səbr diləyir. Allah rəhmət eləsin!

Sara Sultanovanın xatirəsinə həsr olunan turnirə yekun vurulub


Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turnir başa çatıb. Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda veteran idmançılar bacarıqlarını göstəriblər. Gərgin və maraqlı mübarizənin nəticələrini təqdim edirik.
Qadınlar:
1. Eminova Billurə
2. Əliyeva Rüfət
3. Qiyasova Xəyalə
Kişilər:
40-49 yaş
1. Mikayılov Zaur
2. Səmədov Mehman
3. Cəbiyev Mahir
50-59 yaş
1.Həsənov Məzahir
2.Həsənov Samir
3.Heydəri Əli
60 yaş və yuxarı
1.Agayev İlham
2.Musayev Valeh
3.Heydərli Əsgərqulu
Qoşa
1.Huseynov Rəhim-Heyderi Əli
2.Eminova Billurə -Qiyasova Xəyalə
3.Mikayilov Zaur-Heydərov Səxavət
Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, “Şüa” idman kompleksində keçirilən turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=305#sigFreeId0f41e1ac85

Stolüstü tennis üzrə milli komanda Türkiyəyə yollanıb

Stolüstü tennis üzrə milli komanda İslam Həmrəylik Oyunlarına hazırlığa başlayıb. Əsas seçmə komandanın üzvləri bu məqsədlə ölkə xaricinə yollanıblar. Türkiyənin Yalova şəhərində təşkil olunan təlim-məşq toplanışında Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edəcək. Komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçəcək toplanışa mayın 6-da yekun vurulacaq. Seçmə komanda hazırlıq proqramına əsasən ardınca digər toplanışlara qatılacaq. Qeyd edək ki, İslam Həmrəylik Oyunları  9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində təşkil olunacaq.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=305#sigFreeId481b143d2f

Seçmə komandanın təlim-məşq toplanışına start verilib

Yeniyetmə və gənc stolüstü tennisçilərimizi qarşıda nüfuzlu beynəlxalq yarışlar gözləyir.
Seçmə komandalar mayın 15-dən 23-dək Almaniya və Polşada təşkil olunacaq “Protur” yarışlarına qatılacaq. Ardınca idmançılarımızı daha ciddi sınaq gözləyir. Söhbət iyulun 6-dan 15-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək Avropa birinciliyindən gedir.
Yeniyetmə və gənc stolüstü tennisçilər artıq sözügedən yarışlara hazırlığa start veriblər. Ölkə birinciliyinin yekunlarına əsasən formalaşan seçmə komandamız bu məqsədlə Qax rayonuna yollanıb. 24 aprel - 4 may tarixlərində Qax Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışında 6 qız, 7 oğlan tennisçi iştirak edir. Komanda, may ayının 4-dək məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında gündə iki dəfə olmaqla həm, fiziki, həm də, taktiki-texniki hazırlığı davam etdirəcək.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=305#sigFreeId8098d8a563

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası