Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

“Stolüstü tennis hamı üçün” tədbiri keçirilib

Həftəsonu Şirvan şəhərinin Məhəmməd Füzuli adına İstirahət Parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində "Stolüstü tennis hamı üçün" idman tədbiri keçirilib.
Yerli sakinlər tərəfindən böyük maraqla qarşılanan tədbirə onlarla tennis həvəskarı qatılıb. Məşqçi Anar Abdullayevin rəhbərliyi ilə stolüstü tennis üzrə nümunəvi çıxışlar göstərilib, bu idman növünün xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd, stolüstü tennis idman növünün təbliği, ümumilikdə idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=290#sigFreeId14d4670721

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Macarıstanın Kişkunfeledhaza şəhərində keçirilən stolüstü tennis üzrə Avrotalant İlkin Təsnifat Düşərgəsinə (Europtalents Pre-Selection Camp) yekun vurulub. Mərhələni uğurla bitirən Azərbaycan təmsilçiləri Xədicə Eylazova və Yağmur Məmmədli Yekun Təsnifat Düşərgəsində iştirak etmək hüququ əldə ediblər. 

Yekun Təsnifat Düşərgəsi 16-23 oktyabr tarixlərində Sloveniyanın Otoçets şəhərində təşkil olunacaq.

Qeyd edək ki, daha bir istedadlı stolüstü tennisçimiz Onur Quluzadə bu ilin iyun ayındakı seçimlərin nəticəsinə əsasən sözügedən toplanışa dəvət alıb.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=290#sigFreeId1892cb8eaa

Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar

Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar. İlk oyunda Banqladeş seçməsi ilə qarşılaşan milli 3-0 hesabı ilə qələbə qazanıb. Ləman Əbdülhəmidova ilə Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyib. Komandamız bu gün Özbəkistan, sabah İran millisi ilə üz-üzə gələcək.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=290#sigFreeIdba154cf5f8

Stolüstü tennisçilər İslamiadada mübarizəyə uğurla başladılar

Stolüstü tennisçimiz Emin Məmmədov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qələbə ilə başlayıb.

O, kişilərin şəxsi yarışında ilk görüşünü Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşı keçirib.
Rəqibini 3:0 hesabı ilə üstələyən Emin Məmmədov 1/16 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Maldiv idmançısı Məhəmməd Şəffan İsmayıl olacaq. Digər idmançımız Adil Əhmədzadə isə, rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1/8 final mərhələsinə adlayıb.
Qeyd edək ki, bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=290#sigFreeIdb84c8aede7

Stolüstü tennisçilər Konyaya yollanıblar.

2022 08 05

Stolüstü tennisçilərimiz bu gün İslam Həmrəyliyi Oyunlarının ev sahibi olan Konya şəhərinə yola düşüblər. Türkiyəyə yollanan heyətdə baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə İslamiadanın görüşlərini idarə edəcək.
Stolüstü tennisçilərin mübarizəsinə avqustun 7-də start veriləcək.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası