Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilər Islamiadaya hazırlaşırla

Stolüstü tennisçilər Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirirlər. Seçmə komanda bu məqsədlə Qax Olimpiya İdman Kompleksində bir araya gəlib. Bu gün başlanan növbəti təlim-məşq toplanışında baş məşqçi Mixail Timofeyev və böyük məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında 10 idmançı iştirak edir. Söhbət Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, İbrahim Ansari, Əliverdi Şahgəldiyev, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətovadan gedir. İdmançılar iyulun 31-nədək davam edəcək toplanışda fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar.

Qeyd edək ki, stolüstü tennisçilərin İslam Həmrəyliyi Olyunlarında mübarizəsinə avqustun 7-də start veriləcək.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=285#sigFreeId86bc48efe8

Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizəyə başlayıblar

Bu gün Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatına start verilib. Yarışın ilk günündə oğlanlardan ibarət Azərbaycan seçməsi Sloveniya kollektivi üzərində 3-1 hesabı ilə qələbə qazanıb. Komandamız sabah Avstriya millisi ilə üz-üzə gələcək.

İlk oyunda Yunanıstan seçməsinə 1-3 hesabı ilə uduzan qızlardan ibarət milli isə, ardınca Monteneqro komandasına qalib gəlib - 3:0. Qrup mərhələsində növbəti rəqib İsveç kollektivi olacaq.

Xəbər verdiyimiz kimi, mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcək. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da, Avropa birinciliyində ölkəmizi təmsil edir. Yarışa iyulun 16-da yekun vurulacaq.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=285#sigFreeIdd5e9ac0d48

Komandamız Avropa çempionatına yollandı

2022 07 05

Yeniyetmə stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının keçiriləcəyi Belqrad şəhərinə yola düşüb. Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtında keçiriləcək mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə etimadı doğrultmağa çalışacaq. Sabah başlanacaq birincilikdə oğlanlardan ibarət komanda “E” qrupunda Avstriya və Sloveniya seçmələri ilə yarışacaq. Qızlardan ibarət Azərbaycan millisi isə “H” qrupunda İsveç, Yunanıstan və Monteneqro kollektivləri ilə mübarizə aparacaq. İdmançılar komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da, Avropa çempionatında ölkəmizi təmsil edəcək. Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb

Şəhid general – mayor Polad Həşimovun xatirəsinə həsr olunan Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda 2010-cu il təvəllüdlü və daha az yaşlı idmançılar iştirak ediblər. Şəxsi xarakter daşıyan ölkə birinciliyində Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonlardan 70-ə yaxın stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.
Bu gün keçirilən həlledici görüşlərin nəticələrinə əsasən, qızlar arasında Yağmur Məmmədli (Sumqayıt) ölkə çempionu adını qazanıb. Xədicə Eylazova (Sumqayıt) 2-ci, Banu Baytallı ilə Aynur Ağayeva (Bakı) 3-cü yeri tutub.
Oğlanların mübarizəsi Onur Quluzadənin (Bakı) qələbəsi ilə başa çatıb. Tunar Bağırov (Şabran) gümüş, İbrahim Rəhimzadə (Bakı) və Uğur Nəzərli (Sumqayıt) bürünc medala layiq görülüb. Fərqlənən idmançılar gənclər və idman nazirliyinin diplomları və ASTF-nin qiymətli hədiyyələri ilə mükafatlandrılıblar.
Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd, şəhid general-mayor Polad Həşimovun xatirəsini yad etməklə yanaşı, stolüstü tennisin bölgələrdə təbliği, bu idman növünün kütləviliyinin artırlıması, perspektivli idmançıların üzə çıxarılması və seçmə komandanın heyətinin müəyyənləşdirilməsi idi.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=285#sigFreeId45a90900e1

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi keçirilir

Bu gün şəhid general – mayor Polad Həşimovun xatirəsinə həsr olunan Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışa 2010-cu il təvəllüdlü və daha az yaşlı idmançılar qatılıblar. Şəxsi xarakter daşıyan ölkə birinciliyində Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonları təmsil edən stolüstü tennisçilər qələbə uğrunda mübarizə aparırlar.
İyulun 29-da yekunlaşacaq yarışda ilk 3 yeri tutan idmançılar gənclər və idman nazirliyinin diplomları və ASTF-nin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.
Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd, şəhid general-mayor Polad Həşimovun xatirəsini yad etməklə yanaşı, stolüstü tennisin bölgələrdə təbliği, bu idman növünün kütləviliyinin artırlıması, perspektivli idmançıların üzə çıxarılması və seçmə komandanın heyətinin müəyyənləşdirilməsidir.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=285#sigFreeId9870857d4c

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası