Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

 Stolüstü tennisçimiz Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “WTT YOUTH CONTENDER TBILISI” turnirində mükafata layiq görülüb.

15 yaşadək tennisçilərin turnirində yarışan idmançı yarımfinaladək inamla irəliləsə də, finala çıxış uğrunda görüşdə uduzaraq 3-cü yeri tutub.

Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/8 finalda mübarizəni dayandırıb.

11 yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə də yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn tennisçi ¼ final səddini də adlasa da, yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları qatılıblar.

2022 09 21 3

2022 09 21 4

 

Stolüstü tennisçimiz beynəlxalq turnirdə 3-cü yeri tutub

2022 09 21 1
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turniri davam edir. Idmançılarımız bu gün iki yaş qrupunda mübarizə aparıblar.
11 yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn idmançı ¼ final səddini də adlasa da, yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib.
15 yaşadək tennisçilərin turnirində qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə də, bu gün mükafatlar uğrunda yarışacaq.
Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/16 finalda mübarizəni dayandırıb
Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları qatılıblar.

Adil Əhmədzadə 1/4 finalda

2022 09 19

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turnirinə start verilib.

Yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur. Əvvəlcə oğlanların mübarizəsi başlanıb. Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək.

Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb. 1/8 finalda İran idmançısı Seyedsina Horeyşianı üstələyən A.Əhmədzadə adını 1/4 finala yazdırıb.

Erməni rəqibini üstələyən daha bir stolüstü tennisçimiz 1/8 finalda

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turnirinə start verilib. Yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur.
Bu gün 13 yaşadək tennisçilərin yarışında mübarizə aparan Onur Quluzadə etimadı doğruldub. O, qrup turnirində qazaxıstanlı Əli Onov, Birləşmiş Ərəb Əmirlikləri idmançısı Yusef Alhavai və Ermənistan təmsilçisi Mikayel Melkonyan üzərində qələbə ilə 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə də, qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə 1/8 finala adlayıb.

Stolüstü tennisçimiz erməni rəqibi üzərində inamlı qələbə ilə növbəti mərhələdə

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turnirinə start verilib. Yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur. Əvvəlcə oğlanların mübarizəsi başlanıb. Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək.
Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.

Stolüstü tennisçilərimiz beynəlxalq turnirə qatılacaqlar

Sentyabrın 19-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turnirinə start veriləcək. Yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq. Oğlanların sentyabrın 19-dan 21-dək keçiriləcək yarışında böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək.
Məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərlik etdiyi qızlardan ibarət komanda isə, sentyabrın 23-dən 25-dək davam edəcək turnirdə qüvvəsini sınayacaq. Qızların mübarizəsində Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq.
Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova isə, turnirin oyunlarını idarə edəcəklər.

“Stolüstü tennis hamı üçün” tədbiri keçirilib

Həftəsonu Şirvan şəhərinin Məhəmməd Füzuli adına İstirahət Parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində "Stolüstü tennis hamı üçün" idman tədbiri keçirilib.
Yerli sakinlər tərəfindən böyük maraqla qarşılanan tədbirə onlarla tennis həvəskarı qatılıb. Məşqçi Anar Abdullayevin rəhbərliyi ilə stolüstü tennis üzrə nümunəvi çıxışlar göstərilib, bu idman növünün xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd, stolüstü tennis idman növünün təbliği, ümumilikdə idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/news?start=280#sigFreeId14d4670721

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Macarıstanın Kişkunfeledhaza şəhərində keçirilən stolüstü tennis üzrə Avrotalant İlkin Təsnifat Düşərgəsinə (Europtalents Pre-Selection Camp) yekun vurulub. Mərhələni uğurla bitirən Azərbaycan təmsilçiləri Xədicə Eylazova və Yağmur Məmmədli Yekun Təsnifat Düşərgəsində iştirak etmək hüququ əldə ediblər. 

Yekun Təsnifat Düşərgəsi 16-23 oktyabr tarixlərində Sloveniyanın Otoçets şəhərində təşkil olunacaq.

Qeyd edək ki, daha bir istedadlı stolüstü tennisçimiz Onur Quluzadə bu ilin iyun ayındakı seçimlərin nəticəsinə əsasən sözügedən toplanışa dəvət alıb.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/news?start=280#sigFreeId1892cb8eaa

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası