Zəfər gününə həsr olunan stolüstü tennis yarışı keçiriləcək
- Nəşr edilib 26.10.2022 16:12



Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında uğurla çıxış ediblər.
İstedadlı idmançıların seçim xarakterli toplanışlarının final mərhələsində milli komandamızın baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərib.
Sloveniya sınaqlarında da etimadı doğruldan Onur Quluzadə ilə Yağmur Məmmədli Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, Avropa Stolüstü Tennis Federasiyasının 2023-cü il üçün nəzərdə tutulan toplanışlarına qatılmaq hüququ qazanıblar.
https://astf.az/index.php/az/news?start=264#sigFreeIda865eb5833
Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının təşkilatçılığı ilə “Xəzri” İdman Klubunda veteran stolüstü tennisçilər arasında dostluq turniri keçirilib. Adil Səfərov və Rəşad Muradovun xatirəsinə həsr olunan yarışda təcrübəli idmançılar qoşa yarışlarda bacarıqlarını göstəriblər. Maraqlı mübarizənin nəticələrinə əsasən Əli Heydərli ilə Samit Hüseynov turnirin baş mükafatına layiq görülüb. Firudin Hüseynov – Yaşar Mövlanov tandemi ikinci, Teymur Hüseynovla Aleksandr Prosolov isə üçüncü yeri tutub.
https://astf.az/index.php/az/news?start=264#sigFreeIda22c85bc78

Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında iştirak edəcəklər. İstedadlı idmançıların seçim xarakterli final toplanışında milli komandamızın baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərəcək. Sloveniya sınaqlarında etimadı doğruldan idmançılar Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, beynəlxalq federasiyanın növbəti toplanışlarına qatılmaq hüququ qazanacaqlar. Qeyd edək ki, sabah start veriləcək toplanışa oktyabrın 23-də yekun vurulacaq.
Cexiyanın Havirov şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp” adlandırılan təlim-məşq toplanışı və turnirə bu gün yekun vurulub. 9 – 15 oktyabr tarixlərində keçirilən toplanışda 15 və 17 yaşadək idmançılar bacarıqlarını göstəriblər. Xəbər verdiyimiz kimi Çexiya sınaqlarında ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil edib. Toplanışdan sonra keçirilən turnirin yalnız final görüşündə uduzan Mərziyyə Nurmətova fəxri kürsünün ikinci pilləsinə qalxıb. Adil Əhmədzadə isə, 7-ci yerlə kifayətlənib. Qeyd edək ki, Havirov şəhərində Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri bir araya gəlmişdilər.
https://astf.az/index.php/az/news?start=264#sigFreeId7a03d20d91

Stolüstü tennis üzrə seçmə komandamız daha bir beynəlxalq yarışda ölkəmizi təmsil edəcək. Söhbət Qazaxıstanın məşhur idmançısı Yermak Kitayevin xatirə turnirindən gedir. Pavlodar şəhərində təşkil olunacaq yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Rza Mirzəyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Arzu Aslanova bacarığını göstərəcək. Oktyabrın 15-də start veriləcək beynəlxalq turnirə oktyabrın 17-də yekun vurulacaq.

Oktyabrın 9-dan 16-dək Cexiyanin Havirov şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp” adlandırılan təlim-məşq toplanışı və turnir keçiriləcək. 15 və 17 yaşadək idmançıların qatıldığı toplanışda ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil edəcək. Seçmə komandanın üzvləri bu gecə Çexiyaya yola düşüblər. Qeyd edək ki, hər iki tennisçi yalnız perspektivli idmançıların dəvət aldığı bu layihənin əvvəlki mərhələlərində uğurlu çıxışla diqqət çəkib.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “WTT YOUTH CONTENDER TBILISI” turnirində uğurla çıxış edən yeniyetmə tennisçilər mükafatlandırılıblar. Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasının ofisində təşkil olunan tədbirə seçmə komandanın üzvləri və məşqçiləri, ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova qatılıb. İdmançıları və məşqçiləri təbrik edən federasiya rəsmiləri onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıblar. Tbilisi turnirində etimadı doğruldan stolüstü tennisçilərə və seçmə komandanın məşqçilər heyətinə hədiyyə və pul mükafatı təqdim olunub. Xatırladaq ki, Gürcüstan paytaxtında keçirilən beynəlxalq yarışda Yağmur Məmmədli 1-ci, Mərziyyə Nurmətova 2-ci, Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.
https://astf.az/index.php/az/news?start=264#sigFreeId89f238821d
Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası