Stolüstü tennis üzrə milli komandanın məşqçisi mənzillə təmin olunub

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırıb. Onların sırasında stolüstü tennis üzrə milli komandanın məşqçisi, Əməkdar məşqçi Ramil Cəfərov da olub. Dövlətimizin başçısı, təcrübəli mütəxəssisə idmanın inkişafındakı xidmətlərinə görə mənzil hədiyyə edib. Azərbaycan idmanına və idmançılarına verilən yüksək dəyərə, göstərilən daimi diqqət və qayğıya görə cənab Prezidentə təşəkkür edir, çətin və şərəfli işində yeni-yeni uğurlar arzulayırıq!

WhatsApp Image 2025 12 26 at 14.52.10

Stolüstü tennisçimiz beynəlxalq toplanışda

Xədicə Babazadə Avropa Stolüstü Tennis Birliyinin təşkil etdiyi “ETTU Eurotalents Selection camp” toplanışında iştirak edəcək. İstedadlı idmançı seçmə komandanın məşqçisi Səbinə Əzizlinin müşaiyəti ilə Xorvatiyaya yola düşüb. Vrsar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında qitənin ən istedadlı stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi ilə fiziki, texniki və taktiki hazırlıq keçəcəklər. Beynəlxalq təlim-məşq toplanışına dekabrın 23-də yekun vurulacaq. Qeyd edək ki, “ETTU Eurotalents Development Camp” layihəyəsi xüsusi istedadı və davamlı nəticələri ilə seçilən yeniyetmə stolüstü tennisçilərin hazırlığını təkmilləşdirmək məqsədi daşıyır.

WhatsApp Image 2025 12 17 at 12.45.06

Stolüstü tennisçilər Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılacaqlar. Seçmə komandamızın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. İdmançılarımız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən yerli komanda ilə birgə hazırlıq keçəcəklər. BƏƏ Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.

WhatsApp Image 2025 12 15 at 11.21.15

Veteran stolüstü tennisçilər arasında turnir keçirilib

Veteran stolüstü tennisçilər növbəti turnirdə bacarıqlarını göstəriblər. Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının təşkil etdiyi ənənəvi yarışa 70-ə yaxın idmançı qatılıb. Qadınların mübarizəsi Tatyana Aliulinanın qələbəsi ilə nəticələnib. Svetlana Kayumova ikinci, Nərgiz Daşdəmirova üçüncü olub. 40-49 yaşlı kişilərin yarışında
Vaqif Məmmədov qələbə qazanıb. Mahir Cəbiyev ikinci, Orxan Əliyev üçüncü yerdə qərarlaşıb. Elşad Vahidov 50-59 yaşlıların mübarizəsində birinci olub. Mükafata layiq digər yerləri Yaşar Mövlanovla Əli Heydərli tutub. 60-69 yaşlılar arasında İlham Ağayev qələbə çalıb. O, finalda Qulu Quliyevi məğlub edib. Üçüncü yerə Məzahir Həsənov layiq görülüb. Muxtar Ağazadə isə 70+ yaş dərəcəsində bütün rəqiblərini üstələyib. Zirəddin Mövlayev ikinci, Firudin Hüseynov üçüncü yeri tutub. Fərqlənən iştirakçılara diplom və pul mükafatı təqdim olunub.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/news?limitstart=0#sigFreeIde35c0d3222

Ölkə kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Ölkə kuboku turniri başa çatıb. Paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonları təmsil edən idmançıların qatıldığı yarışda  14 və 18 yaşadək stolüstü tennisçilər mübarizə aparıblar. “Şüa İdman Kompleksi”ndə təşkil olunan turnirin nəticələrinə əsasən, “Sumqayıt 1” 2011-ci il və daha kiçik təvəllüdlü qızların komanda yarışının qalibi olub. Oğlanların mübarizəsi 13 Nömrəli İOEUGİM-in qələbəsi ilə nəticələnib.
Qoşa yarışlarında Yağmur Məmmədli – Sofiya Trofimenko və Onur Quluzadə - Əliəkbər Mirzəliyev tandemi birinci olub.
Qarışıq-qoşa növündə isə Onur Quluzadə - Yağmur Məmmədli cütü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi yarışlarda da bütün rəqiblərinə qalib gəlib. 
2007-2010-cu il təvəllüdlü idmançıların komanda yarışlarında “Sumqayıt 1” qızların, “13 nömrəli İOEUGİM” oğlanların mübarizəsində qələbə çalıb. Qoşa yarışlarında Mərziyyə Nurmətova – Aylin Əsgərova və Uğur Nəzərli – Toğrul Məhəmmədov dueti birinci yeri tutub. Qarışıq-qoşa növündə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qalib adını qazanıb. Şəxsi mübarizə isə Aylin Əsgərova ilə Adil Əhmədzadənin qələbəsi ilə başa çatıb. Fəxri kürsüdə yer alan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/news?limitstart=0#sigFreeIddd4f2bfe5c

Stolüstü tennis üzrə Ölkə kuboku turniri keçirilir

Stolüstü tennisçilər Ölkə kuboku turnirində bacarıqlarını göstərirlər. Bu gün start götürən yarışda paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonları təmsil edən idmançılar mübarizə aparırlar. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışın açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və qurumun baş katibi Könül Mikayılova onlara uğurlar arzulayıb. Federasiya rəsmiləri həmçinin VI İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətdən söz açıb, yarışın bürünc mükafatçıları Adil Əhmədzadə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovanı təbrik ediblər. Ardınca meydan idmançıların ixtiyarına verilib. Budəfəki Ölkə kuboku turnirinə 14 və 18 yaşadək stolüstü tennisçilər qatılıblar. 4 gün davam edəcək yarışda komanda, şəxsi, qoşa, və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşəcək. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

 

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/news?limitstart=0#sigFreeId826b980dfa

İslamiadanın mükafatçıları Vətənə qayıdıblar

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən stolüstü tennisçilər bu gün Vətənə qayıdıblar. Seçmə komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələri, media mənsubları və idmançıların doğmaları qarşılayıb. Qeyd edək ki, stolüstü tennisçilər Ər-Riyad sınaqlarını iki bürünc mukafatla başa vurublar. Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qarışıq qoşa növündə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət seçmə isə komanda yarışlarında fəxri kürsunün üçuncü pilləsində yer alıb.

 

WhatsApp Image 2025 11 16 at 11.43.43

Stolüstü tennisçilər İslamiadada daha bir mükafat qazanıblar

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir. Seçmə komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər. Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülmüşdü.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/news?limitstart=0#sigFreeIda24bca68fb

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası