Aprelin 13-də Stolüstü tennis üzrə növbəti Azərbaycan birinciliyinə start veriləcək

Aprelin 13-də Stolüstü tennis üzrə növbəti Azərbaycan birinciliyinə start veriləcək. Azərbaycan Stolüstü Tennis Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda yeniyetmə və gənc idmançılar bacarıqlarını göstərəcəklər. Budəfəki yarışlar şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçiriləcək. “Şüa” İdman – Sağlamlıq Kompleksində 4 gün davam edəcək ölkə birinciliyinə aprelin 16-da yekun vurulacaq. Yarışın keçirilməsində əsas məqsəd, stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir. Qeyd edək ki, fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər həmçinin, seçmə komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Stolüstü tennis üzrə ölkə çempionatının qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə stolüstü tennis üzrə ölkə çempionatı başa çatıb.

Böyüklər arasında keçirilən çempionatda stolüstü tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarda qüvvələrini sınayıblar.

Qaliblərin siyahısı:

Komanda(qadınlar);

I yer – Sumqayıt -2

II yer – Sumqayıt-1

III yer - Sumqayıt-3

III yer - Bakı-1

Komanda (kişilər);

I yer – Bakı-1

II yer - Bakı-2

III yer - Bakı-3

III yer – Sumqayıt-1

Qoşa(qadınlar):

I yer İmanova Məryəm (Sumqayıt)- Eminova Billurə(Sumqayıt)

II yer Aslanova Arzu (Sumqayıt) - Nürmətova Mərziyyə (Sumqayıt)

III yer Əbilzadə Xədicə (Bakı) - Abdulhəmidova Ləman(Şəki)

III yer Qarayeva Nəzakət (Bakı) - Əliyeva Rüfət(Bakı)

Qoşa(kişilər)

I yer Məmmədov Emin (Bakı) - Allahverdiyev Vəzir (Bakı)

II yer Həsənov Hilal (Bakı) - Quluzadə Onur (Bakı)

III yer Cəfərzadə Cəfər (Gədəbəy) - Həşimli Xəyal (Bakı)

III yer Əhmədzadə Adil (Bakı) - Məmmədov Nihad (Bakı)

Qarışıq/qoşa

I yer Şahgəldiyev Əliverdi (Bakı) - Əsgərova Aylin (Sumqayıt)

II yer Allahverdiye Vəzir (Bakı) – Eminova Billurə (Sumqayıt)

III yer Əhmədzadə Adil (Bakı) - Abdulhəmidova Ləman (Şəki)

III yer Məmmədov Emin (Bakı) - Əbilzadə Xədicə (Bakı)

Şəxsi (qadın):

I yer – Əliyeva Rüfət (Bakı)

II yer – İmanova Məryəm (Sumqayıt)

III yer – Qarayeva Nəzakət (Bakı)

III yer - Nürmətova Mərziyyə (Sumqayıt)

Şəxsi(kişi)

I yer - Məmmədov Emin (Bakı)

II yer – Əhmədzadə Adil (Bakı)

III yer - Məmmədov Nihad (Bakı)

III yer – Allahverdiyev Vəzir (Bakı).

Dörd gün davam edən yarışda Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şəki, Qax, Qobustan, Qəbələ, Qusar, Salyan, Şabran, Şirvan və Gədəbəydən olan tennisçilər də iştirak edib.

Stolüstü tennis üzrə ölkə çempionatı keçiriləcək

Fevralın 16-19-dək Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Şüa" İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə ölkə çempionatı keçiriləcək.

Böyüklər arasında keçiriləcək çempionatda stolüstü tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarda qüvvələrini sınayacaqlar.

Dörd gün davam edəcək yarışda Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şəki, Qax, Balakən, Gəncə, Qusar, Salyan, Şabran, Şirvan və Gədəbəydən olan tennisçilərin də iştirakı gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları arasında keçirilən stolüstü tennis turniri başa çatıb

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə aqrar sahədə çalışan əməkdaşlar arasında Gənclər Gününə həsr olunan stolüstü tennis turniri başa çatıb.

Turnirdə birincilik uğrunda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı və Nazirliyin tabeli qurumlarının 46 əməkdaşı 8 yarımqrupa bölünərək yarışıblar. Bu gün baş tutan final mərhələsində 16 nəfər mübarizə aparıb.

Stolüstü Tennis Federasiyasının böyük zalında keçirilən oyunlar beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə edilib.

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov bütün rəqiblərinə qalib gələrək birinci yerə sahib olub. Aqrar Tədarük və Təchizat ASC-nin əməkdaşı Eston Zeynalov 2-ci yerə, Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Rəşad Dəmirov 3-cü yerə layiq görülüb.

Çempionatda ilk üç yeri tutan və ən yaxşı qadın iştirakçısı nominasiyası üzrə qalib gələnlərə fəxri fərman, pul mükafatı və hədiyyələr təqdim edilib. Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən də qaliblərə xüsusi mükafatlar təqdim olunub.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası